YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 20-də Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə Misir tərəfini xarici işlər nazirinin müavini səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil ediblər.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi münaqişədən sonra bölgədə mövcud vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib.