YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu

Antalya Diplomatiya Forumunda (ADF) çox vacib və əhəmiyyətli nəticələr əldə olundu. Tərəflərə və geniş auditoriyaya bölgədəki hazırkı vəziyyət, postmünaqişə dövrü ilə bağlı geniş məlumatların verilməsi imkanlarımız oldu. Hazırda işğaldan azad edilmiş ərazilərlə bağlı həyata keçirilən böyük həcmli bərpa, tikinti-quruculuq işləri barədə ən son məlumatları çatdırdıq. Otuz ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin yurdlarına qayıtmasının ölkəmiz qarşısında duran əsas prioritet olduğu vurğulandı.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yekunlarını dəyərləndirərkən ifadə edib.

Antalya Diplomatiya Forumunda keçirilən panellərin, müxtəlif dövlətlərin rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri ilə görüşlərin faydalı müzakirələrlə yadda qaldığını diqqətə çatdıran nazir deyib: “Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı məsələlər, nəqliyyat kommunikasiyalarının açılması və bu istiqamətdə həyata keçirilən işlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyimiz, bölgəyə gətirmək istədiyimiz uzunmüddətli sülh və inkişaf barədə məlumatlar həmsöhbətlərimiz üçün kifayət qədər maraqlı və cəlbedici oldu”.

Nazir bildirib ki, ümumilikdə Antalya Diplomatiya Forumu dialoq və münaqişələrin danışıqlar yolu ilə həllini istəyən tərəflər üçün səmərəli müzakirə platforması kimi qiymətləndirilməlidir.