YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Əliabbas Salahzadə seçiciləri ilə görüşüb

   İyunun 17-də Milli Məclisin deputatı Əliabbas Salahzadə   deputat qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq seçiciləri ilə  növbəti görüşünü keçirib.

   Fərdi qaydada seçicilərlə keçirilən görüşdə problemlər dinlənilib və  müraciətlər qeydə alınıb.  Qəbul zamanı vətəndaşları ən çox narahat edən məsələlərə diqqət yönədilərək, günümüzün əsas tələbləri sırasında yer alan  məşğulluq,  maddi yardım, sosial təminat, torpaq-əmlak məsələləri və yaşayış massivlərində yaşanan problemlərin həlli istiqamətində bugünədək görülən  və bundan  sonra da görüləcək işlərdən bəhs edilib.

  Millət vəkili gündəmə gətirilən  məsələlərin araşdırılacağını və həlli üçün aidiyyatı qurumlara  müraciətlər  ünvanlanacağını bildirib.