YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid Qulu Hüseynovun ailəsini ziyarət edib

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı”aksiyası çərçivəsində rayonun Qazyan kəndində Birinci Qarabağ savaşında itkin düşmüş Hüseynov Qulu Qubad oğlunun şəhidliyinin 28-ci ildönümü münasibətilə anası İmmi Hüseynova ilə görüşülüb, ruhuna dualar oxunub.

Şəhid ailəsi göstərilən diqqət və qayğı üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.