YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında söyləyib.

Vaqif poeziya festivalına hazırlığın davam etməsindən məmnunluğunu bildirən Türkiyə Prezidenti deyib: “Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır”.

 

 

DİGƏR Xəbərlər Arxiv