YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi ilə dünyaya və bölgəyə çox böyük mesajlar verildi

“Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə dünyaya və bölgəyə çox böyük mesajlar verildi”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Onun sözlərinə görə, azad Şuşada “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə daşınması tarixi anlar idi: “Hesab edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzulidən Şuşaya getməsi tarixi məna kəsb edirdi. Bununla 44 günlük Vətən müharibəsinin zəfər yolu sanki yenidən keçildi. Dünyada unikal nümunə olan Türkiyə-Azərbaycan münasibətləri artıq hüquqi müstəviyə daşındı. Hesab edirəm ki, bu tarixi hadisə regionda sülhə və təhlükəsizliyə böyük töhfədir”.