YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Bu inkişafın arxasında dövlətimizin həyata keçirdiyi düzgün siyasət dayanır

«Dünyada qlobal böhran baş verir, sarsıntılar var. Ancaq biz qlobal sarsıntılar şəraitində dinamik inkişaf edən bir ölkəyik. Bu inkişafın arxasında dövlətimizin həyata keçirdiyi düzgün siyasət dayanır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədazdə deyib.

Z.Səmədzadə bildirib ki, neft hasilatının azalması şəraitində Azərbaycan sürətli inkişaf yolundadır. Onun sözlərinə görə, Qərb mətbuatında 0,7-0,8 faizlik inkişaf  göstəricisini  Avropa ölkələri üçün ən gözəl nəticə kimi  qiymətləndirirlər.

«Amma biz bu gün qeyri-neft sektorunun 7-8 faizlik inkişafından danışırıq. Deməli, bu sahədə bizim problemlərimiz yoxdur. Eyni zamanda, dünyda ayrı-ayrı ölkələrin keyfiyyət göstəricilərini, səviyyəsini, inkişafını qiymətləndirmək üçün lazım olan göstəricilərdən biri də borcdur. Azərbaycan isə artıq  borc alan ölkədən borc verən ölkəyə çevrilib» - deyə, komitə sədri vurğulayıb.