YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrini ziyarət ediblər

YAP Şamaxı rayon təşkilatının nümayəndələri rayonun fəal gəncləri ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər Heydərov Sabir Ceyhun oğlu, Ağakərimov Elvin Eldəniz oğlu, Əliyev Yusif Asif oğlu, Manafov Zahir Zakir oğlu, Amanaliyev Tərlan Rövşən oğlu və qazi Babayev Səmid Ağasəmid oğlunun ailəsini ziyarət ediblər.

YAP Şamaxı rayon təşkilatının nümayəndələri görüşdə Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir. Görüşdə həmçinin, təşkilatın nümayəndələri şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.