YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakir İzetbeqoviç : Bu gün Qarabağ artıq azaddır və bu, məni çox sevindirir

Mən Azərbaycanda 8 il əvvəl olmuşam. İndi yenidən buradayam və bu gün Qarabağ artıq azaddır, bu, məni çox sevindirir.

Bunu jurnalistlərə açıqlamasında Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç deyib.

Bakir İzetbeqoviç bildirib: “Bu gözəl Qələbəyə görə bosniyalılar azərbaycanlı qardaşları ilə fəxr edirlər. Hər iki dövlət arasında siyasi, iqtisadi əməkdaşlığın və dostluq münasibətlərinin sıx olması, bu əlaqələrin gündən-günə inkişaf etdirilməsi hər iki tərəf üçün sevindirici haldır”.

 

DİGƏR Xəbərlər Arxiv