YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA-nın Baş katibi: Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri daha da möhkəmlənəcək

2020-ci və 2021-ci illər türkdilli dövlətlər üçün mühüm hadisələrlə əlamətdardır. Biz İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu, Türkiyə Böyük Millət Məclisinin isə 100-cü ildönümlərini qeyd edirik. Bunlar çox böyük tarixi hadisələrdir.

Bu fikirləri TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov iyunun 9-da Bakıdakı Atatürk Mərkəzində "Türk dünyasının dünəni, bu günü və gələcəyi" mövzusunda keçirilən simpoziumda deyib.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Azərbaycanın Zəfəri bütün türk dünyasının qələbəsidir. Biz bununla fəxr edir və qürur duyuruq.

Ötən 30 ildə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndiyini qeyd edən A.Mamayusupov bu baxımdan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.