YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi şəhidi Etibar Nəcəfovun xatirəsinə tikilmiş Bulaq Kompleksinin açılış mərasimi olub

İyunun 8-də Ağcabədi rayonunun Aran kəndində Vətən Müharibəsi şəhidi Etibar Nəcəfovun xatirəsinə tikilmiş Bulaq Kompleksinin açılış mərasimi olub. Şəhidin ailə üzvlərinin, ərazidə fəaliyyət göstərən məktəb kollektivinin və məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində uzun illər aparılan işlərdən, 44 günlük Vətən Müharibəsindən, eyni zamanda Vətən Müharibəsində igidlik göstərərək  şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdan biri olan Etibar Nəcəfovun keçdiyi döyüş yolundan danışıb.

Açılış mərasimində digər çıxış edənlər də Vətən Müharibəsində igid əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışaraq onların canları, qanları bahasına xalqımıza yaşatdıqları qələbə sevincindən bəhs ediblər.

Şəhid Etibar Nəcəfovun ailə üzvləri onlara dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildiriblər.