YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcərdə minaya düşərək Şəhid olan jurnalistlərin xatirə guşəsini ziyarət etdilər

YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən xain erməni minasının partlaması nəticəsində Şəhid olan jurnalistlər – AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər və Şəhid media işçilərinin əbədiyaşar, əziz xatirəsi ehtiramla yad etdilər.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.