YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Rusiya mina xəritələrinin Azərbaycana təqdim olunması ilə bağlı Ermənistana təzyiq etməlidir

“Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana təqdim edilməməsi bu ölkənin nə qədər mənfur, çirkin niyyətə xidmət etdiyini bir daha göstərir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə hesab edir ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidir: “Konkret hədəfə ünvanlanmış mesajlar verilməli, qətiyyətlə Ermənistanın siyasi hakimiyyətindən mina terroruna son qoyulması ilə bağlı təzyiq edilməlidir. Xüsusilə, Rusiya bu məsələdə aktiv olmalıdır. Çünki 10 noyabr bəyanatından sonra bu hallar davamlı baş verir və 27 nəfər mina terrorunun qurbanı olub, onlarla vətəndaşımız sağlamlıqlarını itiriblər. 10 noyabr bəyanatına əsasən, Rusiya qətiyyətli mövqe nümayiş etdirməlidir. Yəni Rusiya mina xəritələrinin Azərbaycana təqdim olunması ilə bağlı Ermənistana təzyiq etməlidir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu məsələdə qətiyyətli mövqe sərgilməlidir. Təəssüf edirəm ki, Fransa, xüsusilə bu ölkənin prezidenti Emmanuel Makron bir çox məqamlarda çox ədalətsiz, aşkar ermənipərəst mövqe tutur. Hesab edirəm ki, Fransa və ABŞ da bu məsələdə Ermənistana təzyiqlərini artırmalıdır”.