YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Moldovanı iyunun 27-də Assosiativ Sazişi imzalamağa dəvət edib

Avropa İttifaqı Moldovanı iyunun 27-də Assosiativ Sazişi imzalamağa dəvət edib.

Bu barədə Avropa Şurasının sədri Herman van Rompey Kişinyovda keçirdiyi brifinqdə bildirib.

“Mən AB ilə assosiasiya və azad ticarət haqqında sazişin imzalanması ilə bağlı dəvətnaməni bu gün baş nazir Yuri Lyankeyə təqdim etdim. Sənədlərin imzalanması mərasimində AB-nə üzv olan 28 ölkənin lideri iştirak edəcək”, deyə Rompey əlavə edib.

Herman Van Rompey bildirib ki, Moldova "Avropa ölkəsidir və Avropanın bu hissəsində sülh və sabitliyin bərpasıdir”

Qeyd edək ki, Moldova və AB arasında assosiasiya və azad ticarət haqqında saziş ötən ilin noyabrında Vilnüsdə  “Şərq Tərəfdaşlığı” proqramına üzv olan dövlətlərin sammitində paraflanıb.