YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlyas Hüseynov: Paşinyan qarşıdurma məkanı olan Ermənistandakı ictimai-siyasi neqativlər fonunda Qərbə üz tutur və dəstəyi oradan almağa çalışır

“Ermənistanda 20 iyun tarixində növbədənkənar parlament seçkiləri keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün bu addımı atdı. Əks halda Ermənistanda hərbi çevriliş, vətəndaş müharibəsi və digər neqativ hallar baş verə bilərdi”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, seçkidə qalib gəlməyi hədəfləyən Paşinyan başqa bir siyasi xətt götürmək niyətindədir: “Bununla yanaşı, Ermənistanda müxalifətin də hərəkətləndiyini müşahidə edirik. Onlar hazırkı iqtidara qarşı bloklar şəkilində mübarizə aparmağa çalışırlar. Bunun üçün müxtəlif manevrlər edirlər. Paşinyanın isə  ad gününü Parisdə qeyd etməsi, Brüsselə səfəri onun daha çox Qərbin himayəsində fəaliyyət göstərdiyinə işarədir. Yəni qarşıdurma məkanı olan Ermənistandakı ictimai-siyasi neqativlər fonunda Qərbə üz tutur və dəstəyi oradan almağa çalışır”.