YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlan Qələndərli: Azərbaycan Cənubi Qafqazda unikal və universal əməkdaşlıq mühiti yaradıb

“Ermənistan 30 ilə yaxın müddət ərzində işğalçı siyasət həyata keçirməklə və təcavüzkar, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bütün regional layihələrdən kənarda qalıb, bölgədə geosiyasi autsayderə çevrilib. Ona görə də bu ölkə ağır məğlubiyyətə uğradığı 44 günlük müharibənin nəticələrindən dərs çıxarmalı, revanşizm ritorikasından, təxribatçı mövqedən əl çəkərək rasional və praqmatik yanaşma sərgiləməlidir. Əks halda, məğlub Ermənistan yeni faciə və fəlakətlərlə üzləşəcək”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Nurlan Qələndərli bildirib.

Politoloq deyib ki, Azərbaycan yeni geostrateji reallıqlar formalaşdırmaqla Cənubi Qafqazda unikal və universal əməkdaşlıq mühiti yaradıb: “Bu geosiyasi situasiya regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə və çoxtərəfli əməkdaşlığa xidmət göstərir. Eyni zamanda, həm ölkəmiz, həm region dövlətləri, həm də bölgədənkənar güc mərkəzləri üçün mühüm siyasi-iqtisadi dividendlər vəd edir. Siyasi xaos və iqtisadi tənəzzül içində olan, beynəlxalq münasibətlər sistemində heç bir təsir imkanları olmayan Ermənistanın isə yeganə çıxış yolu, hətta son şansı bu imkanlardan faydalanmaqdır”.