YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Qasımova: Sərhəddə baş verən hadisələr Ermənistanın nə qədər əlacsız vəziyyətdə olduğunu göstərir

“Sərhəddə baş verən hadisələr, ermənilərin intensiv hal alan təxribatları Ermənistanın nə qədər əlacsız vəziyyətdə olduğunu göstərir”.

Bu barədə “Yeni TV”-nin canlı yayımında YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib.

O deyib ki, iyunda keçiriləcək erkən parlament seçkisində həm Qərb meyilli, həm də Rusiya meyilli namizədlər qalib gəlmək üçün mübarizə aparacaq: “Belə olan halda diqqəti yayındırmaq və bu üsullarla xalqın etimadını qazanmaq üçün Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədir. Lakin hər kəsə məlumdur ki, Ermənistan dövlət olaraq artıq çöküb. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onların yeganə çıxış yolu Qarabağla bağlı iddiallarından əl çəkmək, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq və regionda sülhün və sabitliyin qorunması üçün səy göstərməkdir. Əks halda Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “dəmir yumruq” başlarının üstündə olacaq”.