YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatının gəncləri və fəal üzvləri Uşaq Evini ziyarət ediblər

YAP Gəncə şəhər təşkilatının gəncləri və fəal üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə Uşaq Evinin balaca fidanlarının qonağı olublar.

Uşaq evinin direktoru Nazilə İsmayılova balacaları bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını bildirib və hədiyyələr təqdim ediblər.
Uşaq Evinin əməkdaşları, balaca fidanlar onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Sonda bayram əhval-ruhiyyəsində olan uşaqlar qonaqlarla xatirə şəkili çəkdiriblər.