YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının nümayəndələri şəhid uşaqları ilə görüşüblər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və bir qrup partiya fəalı rayonun beş şəhid ailəsinin uşaqları ilə yaşadıqları evdə görüş keçirib, onların qayğıları ilə maraqlanıb və şəhid övladlarına hədiyyələr təqdim edilib.

Eyni zamanda, millət vəkili Cavid Osmanov rayonun Ərəbocağı kəndinin şəhidi Osmanov Məhəmməd Seymur oğlunun yeni dünyaya gəlmiş oğlu Məhəmmədxəlili ziyarət edib, ailə üzvləri ilə söhbətləşib, hər zaman dövlət səviyyəsində uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb, uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib.