YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Anıtqəbiri ziyarət edib

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyət iyunun 2-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri ziyarət edib.

Yeni Azərbaycan Partiyası adından Anıtqəbirin önünə əklil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov xatirə kitabına ürək sözlərini yazıb.

İyunun 3-dək davam edəcək səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbər şəxsləri arasında ikitərəfli və geniştərkibli görüşlər keçiriləcək, YAP-AKP münasibətlərinin real vəziyyəti və əməkdaşlığın dinamik inkişafı dəyərləndiriləcək, perspektivlər müzakirə olunacaq.