YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri qazini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən Müharibəsi qazisi Bünyadov Sərxan Əlixan oğlunun ailəsini ziyarət edərək, ailəyə sovqat aparıb və qayğıları ilə maraqlanıblar.

Səmimi keçən görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu deyib. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini qeyd edib.

Sərxan Bünyadov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü”, Qubadlı və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirmişdir.

Sonda Vətən Müharibəsi qazisinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirib, göstərilən qayğını hiss etmək yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.

 

DİGƏR Xəbərlər Arxiv