YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Dövlət əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır

«Dövlət  5-dən çox uşağı olan ailələrə hər bir uşaq üçün müavinət verir. Bu məbləğ 30 manat civarındadır. Artıq bu məsələ qanunla qüvvəyə minib». Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, hökumət tərəfindən analara bir çox güzəştlər və sosial yardımlar edilir. Onun sözlərinə görə, bundan başqa digər aztəminatlı ailələrə də ünvanlı sosial yardımlar verilir.

«Aztəminatlı  ailələr üçün hazırda sosial yardımlar olunmaqdadır, lakin məbləğin artırılması ilə bağlı hər hansı məsələ hələ ki gündəmdə deyil. Əgər ailə çox kasıbdırsa, onların aylıq gəliri yaşayış minimumundan aşağıdırsa da həmin ailənin ünvanlı sosial yardım almaq hüququ var. Məbləğlərin artırılması məsələsi hökumətin səlahiyyətində olan məsələdir. Dövlət əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır»- deyə, komitə sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv