YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründən ölkəmiz böyük inkişaf yolu keçib

“Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən 2003-cü ildən Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründən ölkəmiz böyük inkişaf yolu keçib”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Millət vəkilinin sözlərinə görə, istər ölkə daxilində, istər bölgədə, istərsə də qlobal səviyyədə Azərbaycanın bir çox platformalarda artıq söz sahibinə çevrildiyini görürük: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməsi, beynəlxalq təşkilatlar qarşısında qlobal məsələlərlə bağlı təşəbbüslərlə çıxış etməsi Azərbaycanın dünya miqyasında tanınmasına gətirib çıxarır. Eyni zamanda, iqtisadiyyat və enerji layihələrinin həyata keçirilməsində Azərbaycana daha çox tərəfdaş qazandırır. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi, haqlı və ədalətli işində uğur qazanması, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanı daha güclü dövlət kimi dünyaya tanıtdı. Xatırlayırsınızsa, 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev qarşıda dayanan əsas vəzifələrdən birinin daha güclü və qüdrətli Azərbaycan qurmaq olduğunu demişdi. Şübhəsiz, bugünkü reallıq bizə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu hədəfə böyük miqyasda çatıb”.

DİGƏR Xəbərlər Arxiv