YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Quliyev: Azərbaycan bütün sahələrdə sürətli tərəqqiyə nail olub

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlarla dünya dövlətləri də razılaşırlar. 28 May – Respublika Günü münasibəti ilə xarici dövlət başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında qeyd olunan fikirlər bunu bir daha təsdiq edir.”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev bildirib.

O bildirib ki, Azərbaycan təkcə regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan dövlətə çevrilib: “Azərbaycan bütün sahələrdə sürətli tərəqqiyə nail olub. Öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlətdir. Bunu isə dünya görür və 28 May – Respublika Günü münasibəti ilə xarici dövlət başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublarda bu hiss olunmaqdadır. Bu baxımdan hesab edirəm ki, məktublarda yalnız təbrik yox, Prezident İlham Əliyevi qiymətləndirmə mesajı da var. Həmçinin məktubların ruhunda Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla razılaşma da görünməkdədir”.

DİGƏR Xəbərlər Arxiv