YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir qəzeti Azərbaycanın birinci xanımının “Hilal-e Pakistan” ordeni ilə təltif olunması barədə məlumat yayıb

Misirin elektron qəzeti “Shbabalnil” Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunması barədə məlumat yayıb.
Məlumatda Pakistan Prezidenti Məmnun Hüseynin fevralın 11-də bu barədə Sərəncam imzaladığı diqqətə çatdırılır.
Qeyd edilir ki, “Hilal-e Pakistan” Pakistanın ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ordenlə təltif olunan ilk birinci xanımdır.