YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aslan Əzimzadə: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik olan ölkəsidir

“Bu gün dünyada qloballaşma deyil, regionlaşma amili öndədir. Biz Avropa Birliyinin öz regionlaşma mənafelərinin olduğunu görürük. Əlavə olaraq, biz görürük ki, Çin və Cənub Şərqi Asiya ölkələrinin öz mənafeləri var. Bu gün Cənubi Qafqaz bölgəsinin də bir müddət öncə gündəmə gətirilən altılıq platforması çərçivəsində öz mənafeyi olduğunu gördük. Bu, o deməkdir ki,  regionlaşma olduqca mühüm amildir”.

Bu barədə “Yeni TV”-nin canlı yayımında iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib.

O deyib ki, Ermənistan bu prosesdən kənarda qalıb: “Ermənistan iqtisadiyyatının dediyimiz prosesə, əməkdaşlığa qoşulmaqdan başqa heç bir alternativ variantı yoxdur. Bu yola gəlməyin ilkin mərhələsi məhz Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi həm Türkiyədə olan mal və əmtəələrin Orta Asiya ölkələrinə rahat şəkildə keçməsini təmin edəcək. Burada tranzit xərclərinin azalması gözlənilir. Həm də Azərbaycan adıçəkilən layihədən tranzit ölkə kimi çox böyük iqtisadi dividentlər əldə edə bilər. Biz bilirik ki, Ermənistan Zəngəzur dəhlizinin işə düşməsinə qarşı mənfi mövqedə dayanıb. Bu, onların özü üçün ciddi problemdir. Ermənistanın iqtisadi göstəriciləri hazırda mənfi dərəcədədir. Ümumiyyətlə, Ermənistan bu məsələ ilə bağlı maneə törətsə, dövlətin mövcud olub-olmayacağı məsələsi ortaya çıxır. Çünki ciddi şəkildə böhran çənbəri ilə qarşılaşıb”.

İqtisadçı-ekspert bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik olan ölkəsidir: “Ölkənin iqtisadi inkişafını xarici investisiyaların yatırılması şərtləndirir. İşğaldan azad olunan ərazilərdə bərpa –quruculuq işlərində iştirak edən Çin şirkətləri də Azərbaycanı özləri üçün cəlbedici hesab edir. Bu baxımdan deyə bilərik ki, xarici investisiya o zaman effektiv olur ki, özü ilə texnologiyasını da gətirsin. Beləliklə, Çin texnologiyalarının Qarabağa gətirilməsi bölgədə yeni iqtisadi idarəetmə formasının yaradılmasını şərtləndirə bilər”.