YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural İsmayılov: Zəngəzur dəhlizinin açılması böyük yeni regional layihələr üçün müstəsna əhəmiyyətlidir

“Azərbaycan ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra dünyanın bir sıra aparıcı siyasi portallarında yayımlanan analitik yazılarda Qarabağ zəfərinin təkcə regional əhəmiyyətindən deyil, qlobal əhəmiyyətindən bəhs olunur”.

“Yeni TV”-nin canlı yayımında Zəngəzur dəhlizinin region və ümumilikdə dünya üçün önəminə diqqət çəkən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Ermənistanın işğalı səbəbindən uzun illər Qarabağa gedən yollar bağlı olub: “Bu, təkcə Azərbaycan üçün deyil, həm də Qarabağdan tranzit, nəqliyyat dəhlizi kimi istifadə edən bir sıra ölkələr üçün də əlavə problemlər yaradırdı. Çünki başqa yol çəkmək həmin dövlətlər üçün həm maliyyə itkisidir, həm də əlverişli hesab olunmurdu”.

T.İsmayılov qeyd edib ki, 44 günlük müharibədən sonra bəzi xarici ölkələrin mediasında bir müddət Azərbaycan əleyhinə məqalələr dərc edildi: “Həm Avropada, həm Uzaq Şərq coğrafiyasında olan bəzi ölkələr Azərbaycanın qələbəsindən narahatdır. Çünki təkcə Zəngəzur dəhlizinin açılmasını şərh etsək görərik ki, bu, həm Türk dünyası üçün strateji əhəmiyyətli layihədir, eyni zamanda böyük yeni regional layihələr üçün müstəsna əhəmiyyətlidir. Xəritəyə baxanda görürük ki, gələcəkdə formalaşacaq yeni iqtisadi layihələr və yeni nəqliyyat infrastrukturu üçün bu dəhliz xüsusi önəm daşıyır”.