YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Tbilisiyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisiyə səfər edəcək.

Bu barədə Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze ənənəvi  mətbuat konfransında bildirib.

David Kereselidze qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında energetika və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunacaq.

Onun sözlərinə görə, ikigünlük səfər zamanı Elmar Məmmədyarovun Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, XİN rəhbəri Tamar Beruçaşvili ilə görüşləri planlaşdırılıb.

D.Kereselidze qeyd edib ki, Gürcüstan azərbaycanlı nazirin səfərinə xüsusui əhəmiyyət verir, bunu da iki ölkənin strateji əməkdaşlığı şərtləndirir.