YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Si Cinpin: Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir.

Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubunda yer alıb. Məktubda daha sonra deyilir: “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Si Cinpin Respublika Günü münasibətilə Çin Xalq Respublikasının hökuməti və xalqı adından, eləcə də öz adından Prezident İlham Əliyevə və dost Azərbaycan xalqına səmimi təbriklərini, ən xoş arzularını çatdırıb.