YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir

«Azərbaycan Türkiyə ilə birlikdə enerji layihələrini uğurla gerçəkləşdirir. Artıq ölkəmiz TANAP və TAP layihəsinin reallaşdırılması istiqamətində aktiv fəaliyyət göstərir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, bu amil Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasının yeni bir mərhələsinin göstəricisi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, digər tərəfdən bunun ardınca Azərbaycanın dünyaya, xüsusən də qərbə inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır.

«Üçüncü bir istiqamət isə bazar iqtisadiyyatıdır. Təbii ki, kommersiya nöqteyi – nəzərdən Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaq istəyir. Dünya bazarında olan rəqabətdə isə Azərbaycan öz ehtiyatlarını əlverişli qiymətlərlə və şərtlərlə satmaq istəyir. Bu da çox vacib bir məsələdir”.Eyni zamanda, Azərbaycan Avropa üçün alternativ enerji yolları təqdim edir. Əgər Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi istiqamətində addımlar atırsa Avropa da Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemində ikili standartlardan əl çəkməlidir»- deyə, komitə üzvü qeyd edib.