YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Bülbülə qəsəbəsi sakini olmuş, cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Hüseynzadə Fərid Eldəniz oğlunun dünyaya göz açdığı 18 may tarixində öncə şəhidin məzarını, daha sonra isə ailəsini ziyarət etmiş, qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən Müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardan biri də Fəriddir. O bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Fəridin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsi şəhidlərinin simvoluna çevirilmiş "Xarı bülbül" təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı və "Anım löhvhəsi"ni şəhidin ailəsinə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası Eldəniz Hüseynov ailə üzvləri adından YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlığını bildirmişdir.