YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik

Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik.

Bu fikirləri İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano mayın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşündən sonra bildirib.

O qeyd edib ki, görüşdə bütün istiqamətlərdə, xüsusilə də ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin inkişafı üçün atıla biləcək addımlar ətrafında söhbət aparıldığını vurğulayan Manlio Di Stefano bildirib: “İnanıram ki, parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək”.