YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Sadıxlı: Biz Ermənistandan müharibə bitdikdən sonra da hansısa əxlaqlı hərəkət, konstruktiv mövqe görmədik

“Biz Ermənistandan müharibə bitdikdən sonra da hansısa əxlaqlı hərəkət, konstruktiv mövqe görmədik. Mövcud vəziyyət həm də qarşı tərəfin hansı psixoloji vəziyyətdə olduğunu göstərir”.

Bu barədə YAP-ın Gənclər Birliyinin üzvü Fərid Sadıxlı Yeni TV-nin canlı efirində bildirib.

O qeyd edib ki, bu, ermənilərin hər zaman etdiyi yoldur: “Məğlubiyyəti həzm edə bilməmək, qarayaxma, ləkələmə kampaniyasından istifadə etməklə həmişə hay-küy salıblar. Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti də eynilə bu formada gərginləşdirməyə çalışırlar. Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatına müraciət, vəziyyəti beynəlmiləşdirməyə çalışmaq cəhdini görürük. Proseslərə buradan baxsaq görərik ki, ölkə rəhbərliyi daxildə özünün lazımlı olduğunu nümayiş etdirməyə, çox mühüm məsələləri guya həll etməyə çalışdığını göstərir. Daxili auditoriyasını miflər yaratmaqla vəziyyətin riskli olduğunu inandırmağa cəhd edir.  Hamısı psixoloji oyundur. Ermənilərin bacardığı bir iş var - yalançı təbliğat. Fikrimcə, onlar “Böyük Ermənistan” mifini çox ciddi qəbul edib və bu istiqamətdə özlərini çox inandırıblar. Onlarda həmişə bu gün var. Sabah nə olacaq sualına ermənilərin heç vaxt cavabı olmayıb və yoxdur. Gedişat bunu göstərir”.