YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərdir

“Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərdir”.

Bu fikriləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Ramil Həsən deyib.

O bildirib ki, II Qarabağ savaşı Azərbaycanın zəfərilə nəticələnmiş olmasaydı, heç bir seçkidən söhbət gedə bilməzdi: “Əslində onlar yenə də öz xülyaları ilə yaşamağa davam edirlər. İyunun 20-nə planlaşdırılan parlament seçkisi, Qarabağdakı zəfər savaşı, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi altında qazanmış olduğu mükəmməl uğur, bu uğurun fonunda təzahür edən hadisələrə diqqət çəkək. Bilirsiniz ki, Ermənistanda seçki ərəfəsi iğtişaşlarla müşayiət olunan, mitinqlər, buna bənzər etirazlar, piketlər yaxud da bir-birlərini hətta təhqir edəcək səviyyəyə gələn bloklar arasında mübahisələr qızışmaqdadır. Seçki-savaş marafonu bir neçə qrup arasında gedir. Bir neçə gün əvvəl Ermənistanın keçmiş prezidentinin Levon Ter Petrosyanın da seçki prosesinə qatılması ilə bağlı rəsmi bəyanatını ifadə etməsi və yazmış olduğu müraciətdə hər kəsi tənqid atəşinə tutması göstərir ki, onun hədəfində iki cəbhə var. Amma bu danışılmış döyüş də ola bilər. Yaxşı bilirsiniz ki, bundan öncəki dövrlərdə Paşinyan adətən, Petrosyanın tərəfdarı olub. Paşinyan hakimiyyətə gələndən sonra isə onun ağsaqqalı kimi qəbul olunub. Qarabağ savaşında isə Petrosyan etiraf etdi ki, “Paşinyan Qarabağ Ermənistandır nöqtə” deməklə Ermənistanı bu günkü məhv olmaq dərəcəsinə gətirib çıxardı. Sərsəm açıqlamalar verməklə, Şuşada yallı getməklə, Azərbaycan xalqının şərəf və ləyaqətini təhqir edəcək səviyyədə hərəkətlər etməklə özlərinin uğursuzluğunun təməlini atmış oldu. Görünən mənzərə budur ki, bir tərəfdə cəllad Köçəryan və davamçısı Sarkisyan, digər tərəfdə pafoslu çıxışlarla yadda qalan və öz ölkəsini uçuruma sürükləyən Paşinyan. İndi erməni xalqı pisin içindən yaxşını seçməlidir. Bunu elə erməni vətəndaşları özləri deyirlər”.