YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunda şəhid ailələri ilə görüş keçirilib

YAP Nərimanov rayon təşkilatının və Neapol-Bakı Assosiasiyasının birgə təşəbbüsü ilə Ağcabədi rayonunda bir neçə şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Neapol-Bakı Assosiasiyasının Vitse-prezidenti Elnur Camalxanov onların vəziyyəti ilə maraqlanıb qəhrəman şəhidlərimizin valideynlərinə dərin ehtiramını göstərib, cəsarətli oğullar böyütdükləri üçün onlara sonsuz təşəkkürünü çatdırıb. Elnur Camalxanov bildirib ki, şəhidlərimizin bizə əmanəti olan ailələri hər birimizin diqqət mərkəzindədir və hər zaman da belə olacaq.

Ziyarət zamanı şəhid ailələrinə ramazan sovqatları da paylanılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!