YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Qazaxıstanın latın əlifbasına keçməsi türk dünyasının inteqrasiyası baxımından mühüm hadisədir

«Türk dünyasında həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiya qaçılmazdır. Artıq bu prosesin  lazımi səviyyədə getdiyini müşahidə edirik». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki,  bu prosesdə ortaya problemlər də çıxır, amma problemlərin həlli üçün maraq da güclüdür. Onun sözlərinə görə, Qazaxıstanın latın əlifbasına keçməsi də mühüm hadisədir.

«Qazaxıstanda bu proses üçün çoxdan hazırlıq prosesi gedirdi. Təxminən 10 il əvvəl Qazaxıstandan mütəxəssislər ölkəmizə gəlib müəyyən müzakirələr apardılar, latın əlifbasına keçidlə bağlı bizim təcrübəmizi öyrəndilər. Yəni bu prosesdə hansı çətinliklər oldu, onlar necə həll edildi və s. Bu haqda müzakirələr aparıldı. Eyni zamanda, Qazaxıstan mütəxəssisləri Türkiyəyə səfər edərək bu ölkənin təcrübəsini öyrəndilər. Yəni geniş təhlillər, araşdırmalar nəticəsində Qazaxıstanda latın əlifbası tətbiq edildi. Əlbəttə, Qazaxıstanda da bu əlifbaya keçmək çətin proses idi. Çünki bu ölkədə xeyli sayda millətlər yaşayır, rusdilli əhali də çoxdur. Ona görə də, bu proses təmkinlə həyata keçirildi»- komitə sədri vurğulayıb.