YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir

Milli Məclisin deputatı

Kamilə Əliyeva

Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin ən öncül prioritetlərindən biri regionların sosial inkişafıdır. Prezident cənab İlham Əliyev seçildiyi ilk vaxtlardan regionlarımızın istər sosial, istərsə də iqtisadi cəhətdən ölkəmizin iri şəhərləri ilə eyni səviyyəyə çatdırılacağını vurğulamışdı. Bu məqsədlə son zamanlar bir sıra regionlarımızda sənaye məhəllələri və aqroparklar yaradılmışdır. 2004 cü ildə ölkə başçısı tərəfindən qəbul edilmiş regionların inkişaf proqramı layihələrinə uyğun olaraq bu günlərdə Hacıqabul rayonunda sənaye məhəlləsinin açılışı oldu. Cənab İlham Əliyev ilk olaraq 5 iri sənaye müəssisəsinin açılışını etdi. Yaxın vaxtlarda Hacıqabul sənaye məhəlləsinə aid daha 5 sənaye müəssisəsinin açılışı nəzərdə tutulub. Bu müəssisələrin yaradılmasına 45 milyon manatdan çox vəsait ayrılmışdır. Bu müəssisələrin fəaliyyətə başlaması nəticəsində regionda yeni daimi iş yerləri yaradılmışdır. Artıq gənc və savadlı, ixtisaslı mütəxəssislərimiz işləmək üçün iri şəhərlərə üz tutmayacaq, bu müəssisələrdə yüksək məvaciblə işlə təmin olunacaqlar.
Hacıqabul sənaye məhəlləsində minik və xüsusi avtomobillərin istehsalı zavodunda ilkin olaraq 100 nəfərə qədər yerli sakin işlə təmin olunmuşdur.
Ümumilikdə bu sənaye müəssisələrində istehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici dövlətlərə də məhsul ixrac edəcək. Bu da ölkə iqtisadiyyatına böyük bir təkan verəcək. Eləcə də ölkə büdcəsinə xarici valyuta daxilolmaları artacaq.
Respublikamızda sənaye məhəllələri ilə yanaşı aqroparkların yaradılması istiqamətində də böyük işlər görülməkdədir. Rayon üzrə 2 aqroparkın "Azərsun Şamaxı Aqropark" və "Aqro Dairy"nın təqdimatında iştirak edən prezident cənab İlham Əliyev qeyd etdi ki, ölkəmizdə 50- yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparkların bir çoxu fəaliyyətdədir. Burada 7000 dən çox insan çalışır və bu da kəndlərdə yaşayan insanlar üçün daimi iş yerləri deməkdir.
Cənab Prezident həmçinin vurğuladı ki, bu cür sənaye məhəllələri və aqroparklar yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə də yaradılacaq. Bu da ölkə iqtisadiyyatı ilə yanaşı bölgənin sosial-iqtisadi inkişafına və tanınmasında çox önəmli rol oynayacaq.
Səfər zamanı ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və əhalinin bu torpaqlara köçürülməsi planından da danışdı. Eyni zamanda istər ölkəmiz, istərsə də regionun inkişafı üçün vacib olan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı. Ermənistanda bu dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrə də cənab Prezident xəbərdarlıq etdi və bildirdi ki, onların istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq.
Bu gün Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən sürətlə inkişaf edən bir dövlət olduğunu bir daha sübut edir.