YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Elektron xidmətlərdən istifadə edənlərin sayı 7 milyonu ötüb

«Artıq elektron xidmətlərdən istifadə edənlərin sayı 7 milyonu ötüb. 400-dən artıq isə elektron xidmətlər göstərilir». Bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, iki il ərzində 7 milyon 200 min elektron xidmət həyata keçirilib. Onun sözlərinə görə, daimi istifadəçilərin sayı isə artıq 1 milyon 200 mini ötüb.

«İnformasiya resursları biznes sektoru üçün tamamilə açılır. Xidmətlərdən istifadə kommersiya fəaliyyəti üçün də yararlı olacaq. Bu da o deməkdir ki, dövlətin bir çox resurslarının, informasiya resurslarının biznes sektoru və əhali üçün tamamilə açılmasıdır. İstənilən kiçik kampaniyalar, həvəskarlar özləri bu resurslardan istifadə edərək yeni xidmətlərin hazırlanması və istifadəyə verilməsi, həmçinin müəyyən qədər onlardan kommersiya fəaliyyəti üçün də istifadə edilə biləcə»- deyə, nazir vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv