YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan dünyada ən az xaric borcu olan ölkədir

«Azərbaycanın iqtisadi uğurlarının əsasında düşünülmüş və uzaqgörən  siyasət dayanır». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev YAP-ın İqtisadi məsələlər komissiyasının iclasında deyib.

Ş.Hacıyev bildirib ki, elmi əsaslara söykənən inkişaf strategiyası və çevik idarəetmə nəticxəsində ölkəmiz bütün sahələrdə nailiyyətlərə imza atır. Onun sözlərinə görə, son 11 ildə Azərbaycan inkişaf baxımından lider ölkədir.

«Hazırda isə inkişaf baxımından, Azərbaycan dünyada ilk onluqda yer alır. Sevindirici haldır ki, qeyri-neft sektoru dinamik inkişaf etməkdədir. İnfilyasının səviyyəsinə görə də, Azərbaycan dünya ölkələri üçün nümunədir. Eyni zamanda, Azərbaycan dünyada ən az xaric  borcu olan ölkədir. Bütün bunlar uğurlu iqtisadi siyasətin nəticələridir»- deyə, komitə sədri qeyd edib.  

 

DİGƏR Xəbərlər Arxiv