YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin 2021-ci il 15 aprel tarixli sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Tədbirlər planında Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, Dövlət Statistika Komitəsi tərəfindən dövlət qulluqçuları haqqında statistik məlumatların dərc edilməsi, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər əksini tapıb.

DİGƏR Xəbərlər Arxiv