YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Neft Fondu ötən il neft və qaz sazişlərindən 12 milyard manatdan çox gəlir əldə edib

2014-cü il ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 12 milyard 731,0 milyon manat, büdcə xərcləri isə 10 milyard 117,2 milyon manat təşkil edib.
Dövlət Neft Fondundan bildirilib ki, qurumun ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 319,8 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manata çatıb.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri isə 387,2 milyon manata bərabər olub.