YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Qaradağlı kəndində Talıbov Mahmud Rubil oğlunun, Qaracallı kəndində Beydullayev Kərim Qubad oğlunun, Bərgüşad kəndində Süleymanov Mahir Əliyusif oğlunun və Məsimov Zöhrab Sərxan oğlunun məzarlarını ziyarət ediblər.

Daha sonra şəhidlərin ailələri ziyarət olunub. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.