YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüş olub

ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Mədəniyyət və Turizm Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə A. Şahtaxtinski cari ilin mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar fikirlərini bölüşərək bu tədbirin beynəlxalq arenada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Onun forum çərçivəsində rasizmə qarşı mübarizə və tolerantlıq mövzularında birgə sessiyanın keçirilməsi ilə bağlı təklifi Əbülfəs Qarayev tərəfindən müsbət dəyərləndirilib.
Ə.Qarayev qonağın diqqətinə çatdırıb ki, forum beynəlxalq formatlı tədbir olduğundan burada gündəliyə çıxarılan hər bir məsələ tərəfdaş qurumlar ilə İşçi Qrupunun görüşlərində birgə razılaşdırılır. Sözügedən təklifin gündəliyə çıxarılması məsələsi konkret layihə təklifi alındıqdan sonra nəzərdən keçiriləcəkdir.