YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda islam maliyyəsinin müasir vəziyyəti və gözləntilər müzakirə olunacaq

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) ilə birgə fevralın 19-da Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirəcək.
Konfrans “İslam maliyyə sistemində bankçılıq, sığorta, lizinq və digər alətlər”, “İslam maliyyəsinin nəzəriyyəsi, metodologiyası və konseptual yanaşma”, “İslam maliyyə mühitinin formalaşdırılması”, “Zəkat və xeyriyyə fondları” mövzularında panel iclaslarla davam edəcək.
Konfransda İslam bankçılıq fəaliyyətində yeni meyillər, kiçik və orta sahibkarlığın investisiya təminatında İslam maliyyəsinin rolu, Azərbaycanda İslam bankçılığının inkişafı: imkanlar və perspektivlər, qeyri-İslam ölkələrində İslam bankçılığının inkişaf perspektivləri, İslam bankçılığının inkişafı və Azərbaycanda tətbiqi perspektivləri, lizinq fəaliyyətinin İslam bankçılığı məhsulları ilə maliyyələş­dirilməsi imkanları və s. mövzularda məruzələr dinləniləcək.
Beynəlxalq konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Milli Məclisin bir sıra deputatları, tanınmış simalar iştirak edəcəklər.