YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı 2015” Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin olunacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tədbirlər planında “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.
Nazirlikdən bildirilib ki, bu məqsədlə ilin birinci rübündə telekommunikasiya xidmətləri ilə bağlı tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur. Birinci Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlığının alınması üzrə tədbirlərin həyata keçirilməsi də planda yer alıb.