YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA-nın gələcək uğurları gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəməsindən və inkişaf etdirməsindən asılıdır

«Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkənin gələcək strateji inkişaf xəttini müəyyənləşdirir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki,  bu sənəddə intellektual sərvətin qorunması vacib şərtlərdən biri kimi qeyd olunub. Onun sözlərinə görə, bu baxımdan konsepsiya digər sahələrlə yanaşı, Azərbaycan gəncliyi, xüsusən intellektual gənclik qarşısında daha çox vəzifələr qoyur.
«Ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə AMEA-da magistratura təhsilinin təşkil olunub. Eyni zamanda,  doktorantura təhsil sisteminin yeni prinsiplər əsasında qurulması istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Cari ildə akademiyanın 70 illik yubileyi qeyd olunacaq. Bu elm məbədinin gələcək uğurları gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəmə və inkişaf etdirməsindən asılıdır»- deyə, akademik vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv