YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət etdi

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hər şey etməyə hazırdır. Bunu Fransa Prezidenti Fransua Olland Yerevanda Ermənistanın dövlət başçısı Serj Sarkisyanla danışıqların yekunu üzrə bəyan edib.

Fransa Prezidenti xatırladıb ki, bu ərəfələrdə atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olub, amma bu, münaqişənin həlli deyil: "Münaqişə davam edir. O, minlərlə insan həyatına son qoyub. Problemin əsl həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır".

Fransua Olland qeyd edib ki, Fransa həmçinin Ermənistana Aİ ilə münasibətləri inkişaf etdirməkdə yardım etməyə hazırdır: "Aİ-nin Ermənistandakı bir sıra layihələrdə iştirakına nail olmaq üçün Ermənistana fərqli yanaşma lazımdır".