YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gennadi Züqanov: Azərbaycan sürətlə inkişaf edir

Azərbaycan və Rusiya xalqlarını onilliklərdən bəri möhkəm dostluq birləşdirir. Çox şadam ki, ölkələrimiz siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan sürətlə inkişaf edir və beynəlxalq arenada daha çox müvəffəqiyyətə nail olaraq göz qabağında dəyişir.
Bu sözləri Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov deyib. O, həmçinin qeyd edib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşən G.Züqanov diqqətə çatdırıb ki, Ulu Öndər görkəmli siyasətçi idi, onun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Qonaq vurğulayıb ki, Azərbaycan belə tərəqqiyə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olubdur. Onun xələfi – Prezident İlham Əliyev atasının işini layiqincə davam etdirir.