YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəalları 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Ülvin Camaləddin oğlu Məmmədovun ailə üzvləri ilə birgə şəhidin qəbrini ziyarət etmiş, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidin qəbirüstü abidəsi önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.

Partiya fəalları sonra şəhidin ailə üzvlərinin məskunlaşdıqları  qəsəbəyə gələrək onların mənzil-məişət  şəraiti ilə maraqlanmışlar. Anım mərasimində iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tariximizə şanlı səhifə kimi yazılmış aprel döyüşlərinin, eləcədə şəhidin keçdiyi mübariz döyüş yolunun gələcək nəsillərə örnək olduğunu bildirmişdir. Xüsusilə qeyd olunmuşdur ki, aprel döyüşləri zamanı müzəffər Ordumuz şərəfli döyüş yolu keçərək xalqımızda döyüşkənlik ruhunu və özünə inam hisini daha da artırmışdır. Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il tarixində başlayan cəmi 44 gün davam edən Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz düşmən üzərində inamlı qələbə çalaraq işğal altındakı torpaqlarımızı azad etmişdir. İ.İlyasov bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qaygı ilə yanaşırlar. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkiret tədbirlər görülür.

Sonda şəhidin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.