YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə edilib

Fevralın 10-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı, general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimizin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün əhəmiyyəti müzakirə edilib.
Sonra Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.